“Kitab oğrumuz yoxdur, amma…” – Modern.az-ın sorğusuna

“Təki oğru kitab oğrusu olsun”. “Arxadan zərbə” filmində səslənən bir cümlə sonradan zərb-məsələ çevrilib və bir çoxları bu fikirlə tam razıdır. Lakin oğruluq istənilən halda cinayətdir. Bu cinayət növü ilə hətta məşhurlaşan adamlar var. Azərbaycanda kitab oğruluğu ilə tanınan sima olmasa da, istənilən halda, maraqlıdır məmləkətimizdə kitab oğruları varmı?

Modern.az bu mövzuda kitabxanalar arasında sorğu keçirib.

Çexov adına Kütləvi Kitabxana: “İndiyə kimi oğurluq halı olmayıb. Amma kitab alıb qaytarmamaq halı çoxdur. Onların da evlərinə bir aydan sonra, bəzən bir ildən sonra zəng vururuq, gətirib qaytarırlar”.

Korolenko adına Mərkəzi şəhər Gənclər Kitabxanası: “Heç vaxt oğurluq olmayıb. Oxucular gecikdirəndə də qanun çərçivəsində tədbirlər görürük. Kitabın 15 gün qaytarılma müddəti var. Aylarla, illərlə, kitabı saxlayırsa, əlbəttə həmin oxuculara qarşı tədbir görülür. Özümüz evinə gedirik, zəng vurub bura çağırırıq”.

Müşfiq adına Binə qəsəbə Kütləvi Kitabxanası: “Kitabxanamızda oğurluq olmur. Hər şey qaydasındadır”.

Hacıbəyov adına Bülbülə qəsəbə Kütləvi Kitabxanası: “Oğurluq halları olmur. Oxucular kitabı gec qaytaranda da onlarla əlaqə saxlayır, çağırırıq, gəlib qaytarırlar”.

Vazeh adına Kütləvi Kitabxana: “Kitab oğurluğu olmayıb. Ancaq gec qaytarmaq halları olur. Zəng vurub xəbərdarlıq edirik, gətirirlər. Uzaqbaşı özümüz gedib evdən alırıq.

Şəhriyar adına Bakıxanov qəsəbə Uşaq Kitabxanası: “Oğurluq hadisəsi baş veməyib. Kitabları şəxsiyyət vəsiqəsi ilə verdiyimizdən gecikmələr də nadir hallarda olur. Onda da xəbərdarlıq edib gecikdirirlər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO