“Kitab evi “nin açılış mərasimi keçirilib

"Kitab evi"nin açılış mərasimi keçirilib“Təhsil” Nəşriyyat-Poliqrafiya müəssisəsinin “Kitab evi”nin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil Naziri Misir Mərdanov, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, millət vəkilləri, jurnalistlər və digər tanınmış ziyalılar iştirak edib. Müəssənin baş direktoru Bəhruz Axundov mərasim iştirakçılarına rəhbərlik etdiyi müəssisə və “Kitab evi” haqqında məlumat verib. O bildirib ki, “Kitab evi” ndə ölkəmizdə, eləcə də xaricdə nəşr olunmuş hüquq, uşaq ədəbiyyatı, bədii publisistik, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat, dərslik və dərs vəsaiti, lüğət və ensiklopediyalar, həmçinin, dəftərxana və məktəb ləvazimatlarını əldə etmək imkanına malik olacaqdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO