Kitab bayramı

Dekabrın 4-də Sumqayıt şəhərində böyük kitab bayramı keçiriləcək. Bayramda kitabsevərlər üçün satış yarmarkası təşkil olunacaq. Burada Azərbaycan dilində çap olunmuş kitablardan əlavə, ingilis, türk və rus dillərində nəşr edilmiş yeni kitablarla tanış olmaq imkanı yaranacaq. Bayramda yazarlar da iştirak edərək, öz kitablarından parçalar və şeirlər oxuyacaqlar. Bundan başqa, tədbirdə uşaqlar üçün nağıl saatı təşkil olunacaq. Peşəkar aktyorlar uşaqlara nağıl oxuyacaqlar, balaca kitabsevərlər üçün viktorina və oyunlar təşkil olunacaq. Bayram “Azərkimya” İB və “Əli və Nino” kitab mağazalar şəbəkəsi tərəfindən təşkil olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO