Kinooperator Kənan Məmmədov haqqında kitab

Dekabrın 15-də Azərbaycan Kinematoqrafçılar İttifaqında Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadənin “Kinooperator Kənan Məmmədov” adlı kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən müəllif Aydın Kazımzadə bildirib ki, kitabda C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş operatoru, Əməkdar İncəsənət Xadimi, respublika Dövlət Mükafatı Laureatı, Avropa Kino Akademiyasının üzvü, tanınmış kinooperator Kənan Məmmədovun həyat və yaradıcılıq fəaliyyətindən bəhs edilib. Kitabda, həmçinin zəngin fotoşəkillərlə kino sənəti, Kənan Məmmədovun operatoru olduğu 30-dan artıq bədii və sənədli film, neft və qaz kəmərlərinin tikintisindəki çəkilişləri haqqında da məlumat verilib. Tədbirdə digər çıxış edənlər ömrünün 30 ildən çoxunu milli kinematoqrafiyaya həsr edən sənətkarın mənalı həyat və zəngin yaradıcılıq yolu haqqında xatirələrini danışıblar. Sonda Kənan Məmmədov kitabın müəllifinə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO