Kiçik həcmli pyeslər üçün müsabiqə elan edilib

Kiçik həcmli pyeslər üçün müsabiqə elan edilibBakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə kiçik həcmli pyeslər üçün müsabiqə elan edilib. Müsabiqə xalq teatrları və dram dərnəklərinin fəaliyyətini inkişaf etdirmək, istedadlı ədiblərin yaradıcılıq axtarışlarına zəmin yaratmaq, gənc yazıçıların bədii keyfiyyətə malik ədəbi əsərlərini dəyərləndirmək, təbliğ etmək məqsədi daşıyır. Müsabiqənin şərtinə uyğun əsərlər Azərbaycan və ya rus dillərində oktyabrın 1-dək Təşkilat Komitəsinə təqdim edilməlidir. Əsərlər heç bir mətbuat orqanında dərc olunmamalıdır. Qaliblər münsiflər heyəti tərəfindən bir ay müddətində – noyabrın 1-dək müəyyən ediləcək. Üç əsas yerin qalibinə diplom və pul mükafatı veriləcək. Ən yaxşı əsərlər kiçik həcmli pyeslər toplusunda yer alacaq və bu topludan seçilmiş əsərlər xalq teatrları və dram dərnəkləri tərəfindən səhnələşdiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO