Daxili İşlər Nazirliyi xəbər verir ki, Şəki Rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar həyata keçirilmiş tədbirlər nəticəsində Şəki şəhər sakinləri Şahin Səmədovun, Ələsgər Aslanovun, Əsmayə Həsənovanın, Kəmalə Əzizovanın, Rəsul Quliyevin, Əsabəli Adipurun, Rəfiqə Mustafayevanın və Mehriban Əhmədovanın qadınlar və məktəb yaşlı uşaqlar arasında dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib.
Onların evlərinə baxış zamanı qanunla qadağan olunmuş 1130 ədəd dini kitab, 500 ədəd broşura və buklet, 200 ədəd disk, 110 ədəd audio və videokasetlər aşkar edilərək götürülüb. Araşdırmalar aparılır.