İki böyük nəşriyyat assosiasiyası birləşib

Özündə mövsümi çap nəşrlərini birləşdirən iki böyük qeyri-hökumət təşkilatları – Ümumdünya Qəzetlər Assosiasiyası (WAN) və Beynəlxalaq Çap və Media-texnologiya Assosiasiyası (İFRA) birgə fəliyyət göstərmək haqqında qərar qəbul ediblər. Bu il iyulun 1-dən Ümumdünya Qəzetlər və Xəbərlər nəşriyyatı (World Association of Newspapers and News Publishers, WAN – IRFA) rəsmi olaraq fəaliyyətə başlayacaq. Bu barədə İFRA saytında xəbər verilir.

Təşkilatların birləşməsndən sonra onların tərkibində 120 ölkədən üç mindən çox təşkilat birləşəcək. WAN – IFRA Assosiasiyası 18 min çap məhsulunun və təxminən 15 min internet saytlarının maraqlarını qoruyacaq.

Birləşmənin təşəbbüskarları ümid edirlər ki, birləşmiş assosiasiya elektron texnologiyaların inkişaf etdiyi, ənənəvi çap məhsullarının azaldığı bir dövrdə yeni biznes -modellər əsasında dövri mətbuatın fəaliyyətinin effektivliyinə öz töhfəsini verəcək.

Assosiasiyanın prezidenti İrish group İndependent News and Media-nın baş direktoru Geyvin Oreyli olacaq. O, əvvəllər WAN Assosiasiyasına rəhbərlik edib.

Xatırladaq ki, WAN Assosiasiyası 1948-ci ildə çap azadlığını müdafiə və genişləndirmək, habelə mətbuatın iqtisadi müstəqilliyini saxlamaq məqsədilə yaranıb. 1961-ci ildə yaranan İFRA-nın əsas məqsədi isə rəngli çap texnologiyasının yayılması olub.

www.gazeta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO