Mirzə Fətəli Axundov adına Milli Kitabxana özünün arxivində yığılan köhnə qəzet və jurnalların elektron versiyasını hazırlayır. Bu barədə Milli Kitabxananın direktoru Kərim Tahirov məlumat verib. O, görülən işlər sayəsində bir sıra köhnə qəzet və jurnalların elektron versiyası artıq hazır olduğunu bildirib: “Hazırda Azərbaycan milli mətbuatının analitik-elektron məlumat bazası yaradılır. Burda arxiv nəşrlərin bütün variantları öz əksini tapacaq”.
K.Tahirov layihə çərçivəsində bütün mətbuat orqanlarının elektron versiyasının bir saytda hazırlanacağını qeyd edib. Bundan başqa, Milli Kitabxanada arxivdə qalan köhnə kitabların da elektron versiyası hazırlanır.