Moskvada “Bakı” jurnalının dəstəyi ilə Stalik Xankişiyevin Azərbaycan mətbəxinə həsr edilmiş “Kazan, baran i dastarxan” kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan mətbəxinin zənginliyindən bəhs edən növbəti kitabda daha çox manqal üzərində hazırlanan təamlardan söhbət açılır. Mərasimdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Bakı” jurnalının baş redaktoru Leyla Əliyeva, Arzu Əliyeva, Fyodor Bondarçuk, Yuli Qusman, Mixail Qusman, Leonid Portnoy, Rusiyada fəaliyyət göstərən xarici ölkələrin səfirləri iştirak ediblər. Təqdimat mərasiminin iştirakçıları bu gözəl tədbirin təşkilinə görə “Bakı” jurnalına və jurnalın baş redaktoru Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.