“Kaspiy” qəzeti rəsmən bağlandı

Bakıda rus dilində nəşr olunan gündəlik “Kaspiy” qəzeti bağlanıb.

Modern.az-ın əməkdaşı faktı dəqiqləşdirmək üçün qəzetin redaksiyası ilə əlaqə saxlayıb. Redaksiyadan saytımıza verilən məlumata görə, “Kaspiy” 17 mart tarixindən etibarən rəsmən öz fəaliyyətini dayandırıb. “Qəzetimizin son nömrəsi martın 17-də çıxıb. O gündən etibarən isə “Kaspiy” qəzeti rəsmən öz fəaliyyətini dayandırıb. Lakin işçilərimiz ayın sonuna kimi redaksiyaya gəlib-gedəcəklər”.

“Kaspiy” qəzetinin hansı səbəbdən bağlanması rəhbərlik tərəfindən hələlik açıqlanmayıb. Qəzetin 30-ya yaxın əməkdaşı indi özlərinə yeni iş axtarmalı olacaq.

Xatırladaq ki, «Kaspiy» qəzeti 2005-ci ildən gündəlik nəşrə başlayıb. Qəzet özünü 1881-1919-cu illərdə çıxmış eyni adlı nəşrin varisi hesab edirdi. «Kaspiy» həftədə 5 dəfə, rəngli, B:2 formatında dərc olunurdu.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO