“Kaspi” qəzetinə yeni baş redaktor təyin olundu

Azərbaycanda gündəlik nəşr olunan “Kaspi” ictima-siyasi qəzetində baş redaktor dəyişikliyi baş verib. Bundan əvvəl “Yeni Azərbaycan”, “Gün-səhər” qəzetlərində, “Space” telekanalında çalışmış jurnalist Natiq Məmmədli fevralın 10-dan etibarən “Kaspi” qəzetinə rəhbərlik edəcək. Bu barədə Modern.az saytına baş redaktorun özü məlumat verib. Köhnə kollektivlə işləyib işləməyəcəyi məsələsinə gəlincə N.Məmmədli qeyd edib ki, “Kaspi” qəzetinin indiki əməkdaşları professionallardır: “Hesab edirəm ki, köhnə kollekivlə işləməyə çalışmaq lazımdır”.
Qəzetdə ediləcək yeniliklərə gəlincə, baş redaktor bildirib ki, öncə tərtibat, dizayn məsələsində yenilik etməyi düşünür. Bundan sonra digər məsələlərə baxılacaq. “Hər halda indikindən yaxşı qəzet çıxarmağı düşünürəm”-deyə yeni baş redaktor əlavə edib. Qeyd edək ki, tarix elmləri namizədi olan N.Məmmədli həm də Bakı Dövlət Universitetinin müəllimidir.

”Kaspi” qəzetinə indiyədək Nurəddin Heydərli rəhbərlik edirdi

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO