“Kaspi” qəzeti Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş müsabiqə elan edib

“Kaspi” qəzeti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda “Bədii əsər və publisistik yazı” müsabiqəsi elan edir. APA-nın xəbərinə görə, müsabiqədə məqsəd milli qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə töhfə vermək və vətənpərvərlik mövzusunu geniş yaradıcı ictimaiyyətin diqqətində saxlamaqla daha da kütləviləşdirməkdir. Müsabiqədə birinci yeri tutan 1000 manat, ikinci yeri tutan 500 manat, üçüncü yeri tutan isə 300 manat mükafat alacaq. Eyni zamanda, hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulub. Müsabiqəyə hekayələr, şeirlər və publisistik məqalələr qəbul olunur.
Nəticələr fevralın 7-də Mübariz İbrahimovun ad günündə keçirilən təntənəli tədbirdə açıqlanacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO