“Kamillik zirvəsi ” adlı kitab

"Kamillik zirvəsi" adlı kitab“Azərnəşr”də dünya şöhrətli alim, “Varlıq” jurnalının redaktoru, şair, cərrah Cavad Heyətin “Kamillik zirvəsi” kitabı nəşr olunub.
Kitab məqalələr, şeirlər toplusudur. Nəşrə vaxtilə “Varlıq” jurnalında və digər mətbu orqanlarda doktor Cavad Heyət tərəfindən qələmə alınmış və bu jurnal haqqında müasirlərinin yazdığı yazılar, ən sonda isə tanınmış Azərbaycan və türk şairləri tərəfindən jurnal barədə yazılmış və Cavad Heyətə yazılmış şeirlər daxil edilib.
Kitabda doktor Cavad Heyətin ulu öndər Heydər Əliyevlə və Prezident İlham Əliyevlə görüşlərini əks etdirən səhifələr də yer alıb.
Kitabda “Mövlana Cəlaləddin Ruminin dünyagörüşü”, “Xəmsə”də türkcə sözlər”, “Füzulinin dili” adlı böyük məqalələr də var.
Digər bölmədə tanınmış alimlər Misir Mərdanov, İhsan Doğramacı, doktor Murat Küçük, Nurəddin Rzayev, Bəkir Nəbiyev, Əlirza Ərdəbilinin Cavad Heyətə müraciətləri verilib.
Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məhəmməd Cavanmərd, Əli Mehdi, Rəsmiyyə Babayeva və digər şairlərin C.Heyətə həsr olunan şeirləri dərc edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO