Kabel televiziyası üçün ödəniş kartı tətbiq edilir

“Ailə TV” kabel televiziyası operatoru abonentlərin xidmət haqqını ödəmələrini rahatlaşdırmaq məqsədi ilə “ödəmə kartları”ndan istifadə etməyə başlayacaq. Bu barədə SİA-ya açıqlamasında “Ailə TV” şəbəkəsinin rəsmisi Fuad Allahverdiyev bildirib. Onun sözlərinə görə, ödəmə kartları vasitəsi ilə həm analoq, həm də rəqəmsal yayım üçün ödənişlər həyata keçrmək mümkün olacaq. F.Allahverdiyev onu da vurğulayıb ki, ödəmə kartlarının qiymətləri “Ailə TV”-nin təklif etdiyi televiziya yayımı paketlərinin qiymətinə uyğun olacaq: “Kartların qiyməti 9 manatdan başlayacaq, 11, 12, 13, 14 və 17 manata qədər dəyişəcək. Ödəmə kartının seriya nömrələri bazaya qeyd olunduqdan sonra, abonent idman telekanallarına baxa biləcək”.

Gələcəkdə ödəmə kartlarının yüklənməsi “Ailə TV”nin saytı (www.aile.tv) və SMS yollamaq vasitəsi ilə də həyata keçiriləcək. Dekabrda satışa çıxarılacaq ödəmə kartlarının üstünlüyü ondan ibarətdir ki, abunəçi aylıq ödənişi həyata keçirmək üçün “Ailə TV”nin müvafiq filialına getmək və ya ödənişləri toplayan inkassatorun gəlməsini gözləmək məcburiyyətində qalmayacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO