JURNALİSTLƏRƏ 1300 ABŞ DOLLARI HƏCMİNDƏ YARDIM AYRILIB

Fonddan “Media forum” saytına verilən məlumata görə, “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitə (həyat yoldaşı Rəna Zahidovanın müraciəti əsasında) 400 ABŞ dolları, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevə (atası Emin Fətullayevin müraciəti əsasında) 400 ABŞ dolları, “Yüksəliş Naminə” qəzetinin əməkdaşı Elçin Həsənova 200 dollar və “Reytinq” qəzetinin redaksiyasına (redaksiyanın müraciətinə əsasən) 300 dollar məbləğində yardım edilib.

Qərar fondun İdarə Heyətinin dünən keçirilən iclasında qəbul olunub. Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Demokratik Jurnalistlər Liqasıdır.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO