Jurnalistlərlə GENDER məsələsi müzakirə olunub

Dünən “Gender tədqiqatları”mərkəzində Qadın İştirakçılığı Proqramı çərçivəsində “Qadın liderliyi və qərarvermə proseslərində iştirakı” mövzusunda seminar keçirilib.

Layihənin əsas məqsədi bütün səviyyələrdə qərar qəbulu prosesində qadınların bərabərhüquqlu iştirakında maneələrin aradan qaldırılması yolu ilə qadınların vəziyyətinin yaxşılaşması, cəmiyyətdə statusunun və siyasi iştirakının yüksəlməsi və gender bərabərliyinin təmin edilməsidir.

Layihə çərçivəsində “Lider Qadınlar”, “Üniversitet Təhsili Qadınlar Cəmiyyəti”, “Qadınlar gələcək uğrunda” ictimai birlikləri “Qərar qəbulu prosesində qadınların bərabərhüquqlu təmsilçiliyinin artırılması gender bərabərliyinin əsas şərtidir adı altında birləşib.

İctimai rəyin formalaşmasında KİV-in rolu danılmaz olduğundan, layihə KİV nümayəndələri üçün ikigünlük təlim nəzərdə tutub. Seminarda Parlament Jurnalistlər Birliyinin 20-ə yaxın üzvü iştirak edib.

Seminarda millət vəkili Məlahət İbrahimqızı da iştirak edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO