Jurnalistlərin qış məktəbi

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondu ilə birgə “Jurnalistlər üçün qış məktəbi” layihəsi həyata keçirilir.SİA-nın verdiyi məlumata görə, İsmayıllı rayonunda yerləşən istirahət mərkəzlərindən baş tutan layihənin açılış mərasimində ARGTMŞ sədri Fuad Muradov, İsmayıllı rayonun icra hakimiyyətinin başçısı Nizami Ələkbərov, millət vəkili Novruz Aslan, millət vəkili Rövşən Rzayev və ölkə mətbuatını təmsil edən redaktorlar və jurnalistlər iştirak edir. Qeyd edəki, layihə çərçivəsində gün ərzində 3 mövzu ətrafında müzakirələr aparılacaq. “Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik, qərəzsizlik, vicdanlı, ədalətli”, “Yeni media şəraitində jurnalistin peşəkarlıq səviyyəsi”, “Avropaya inteqrasiya: Avropa dəyərləri nədir?”, “Media hüququ və Azərbaycan gerçəkliyi”, “Fotojurnalistika və Azərbaycan reallığı”, “Qarabağ problemi Azərbaycan mətbuatında”, “Blogerlik və sosial jurnalistika” mövzuları ətrafında peşəkar təlimçilər tərəfindən jurnalistlərə məlumatlar veriləcək. Həmçinin müxtəlif qrup işləri, əyləncəli intellektual oyunlar keçirilməklə jurnalistlərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunması gözlənilir. “Qış məktəbi” 3 gün davam edəcək. Qeyd edək ki, Bakıdan bu tədbirdə 23 jurnalist iştirak edir.Onların içərisində SİA-nın əməkdaşıda var.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO