“Media forum” saytı yeni müzakirəyə başlayır. Hansı jurnalistlərə ev verilməlidir? Konkret ad çəkə bilərsinizmi? Müstəqil və müxalifyönlü jurnalistlərə də ev veriləcəyinə inanırsınızmı? Ümumiyyətlə jurnalistin dövlətdən ev almasına necə baxırsınız? Sizcə, bu, jurnalistlərin müstəqilliyinə xələl gətirirmi?
Suallara öz cavabını yazmaq və başqalarının cavabları ilə tanış olmaq istəyən oxucular saytın “Müzakirə” böməsinə daxil ola bilərlər.
Bu il iyulun 21-də prezident İlham Əliyev mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini nəzərdə tutan sərəncam imzalayıb. Sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb.
“Media forum”