«İki dəfə sui-qəsdlə üzləşən Aqil Xəlil Strekalinin əsl cinayətkar olmadığını iddia edir. Son ay ərzində Azərbaycan hakimiyyəti qeyri-qanuni olaraq üç dəfə jurnalistin xaricə getməsinin qarşısını alıb. Faktiki olaraq Azərbaycanın məhkəmə sistemi Aqil Xəlilin sərbəst şəkildə hərəkət etməsi haqqında ölkə hakimiyyətinin qanunsuz qadağasını təsdiq edib», – deyə, Komitənin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Nina Oqnyanova bildirib. «Biz təkidlə Nəsimi rayon məhkəməsindən hakimiyyətdən asılı olmadığını nümayiş etdirməyə və Xəlilə müqəssir deyil, zərərçəkmiş kimi yanaşmağa çağırırıq», – deyə, bəyanatda vurğulanır.
Mənbə: day.az