Jurnalistlər yeni yazı müsabiqəsində iştirak edə biləcəklər

Jurnalistlər yeni yazı müsabiqəsində iştirak edə biləcəklərModern.az xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına həsr olunmuş, eləcə də informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə aşağıda qeyd olunan nominasiyalar üzrə müsabiqə elan edib:

KT üzrə ən yaxşı aktual məqalə
İKT üzrə ən yaxşı elmi məqalə
İKT üzrə ən yaxşı kitab
Ən yaxşı elektron xidmət
Müsabiqədə iştirak etmək üçün www.aztelekom.org/iktmusabiqe saytında qeydiyyatdan keçmək zəruridir. Qeydiyyatdan keçmiş nominatlar nominasiyalar üzrə işlərini yuxarıda qeyd olunan sayt vasitəsi ilə təqdim edir. Eyni zamanda, işlər kağız formatında münsiflər heyətinə (Z.Əliyeva küç., 33 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinə) təqdim olunur.

Qaliblərin müəyyən edilməsi 2 mərhələdən ibarət səsvermə yolu ilə həyata keçiriləcək.
I mərhələdə səsvermə www.aztelekom.org/iktmusabiqe saytında
online yolu ilə həyata keçiriləcək.
II mərhələdə nominantlar arasından qaliblər münsiflər heyəti tərəfindən (online səsvermənin nəticələri nəzərə alınmaqla) müəyyən edilir.
İşlərin təqdimi 11.10.2010-cu il tarixindən 15.11.2010-cu il tarixinə kimi aparılacaq.
I mərhələ üzrə online səsvermə 16.11.2010-cu il tarixindən 28.11.2010-cu il tarixinə kimi davam edəcək.
Nominasiyalar üzrə qaliblər 30.11.2010-cu il tarixində müəyyən olunacaq.
Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Əlavə məlumat üçün telefon nömrəsi – 598-19-88.

Müsabiqənin gedişi haqqında ətraflı məlumatla www.aztelekom.org/iktmusabiqe saytında tanış ola bilərsiniz.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO