Jurnalistlərə və jurnalist ailələrinə yardım edildi

Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu jurnalistlərə və jurnalist ailələrinə maliyyə yardımı ayrılması barədə qərar qəbul edib.

Fondun idarə heyətinin qərarına görə, “Ölkə” qəzetinin redaksiyasına 300 manat, həbsdə olan bloqçu Emin Millinin ailəsinə (anası Natella Abdullayevanın müraciəti əsasında) 400 manat, “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə (atası Emin Fətullayevin müraciəti əsasında) 400 manat, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə müalicəsini xaricdə davam etdirməsi üçün 800 manat, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bölgə müxbiri Həkimeldostu Mehdiyevə 300 manat, müstəqil jurnalist Mahal İsmayıloğluna 300 manat məbləğində maliyyə yardımı edilib.

Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO