Jurnalistlər Türkiyədə çap etdirdikləri kitabı Abel Məhərrəmova təqdim ediblər

Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə Türkiyədə nəşr edilən “Hasan Melikzade Zerdabi ve Ekinci Gazetesi” kitabı Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmova təqdim olunub.
Bu barədə məlumatı PJB sədri Elşad Eyvazlı verib. O, qeyd edib ki, rektor kitabla tanış olub və Zərdabinin Türkiyədə çap olunmasını böyük hadisə kimi qiymətləndirib. Abel Məhərrəmov bildirib ki, belə təşəbbüsləri dəstəkləyir.
Qeyd edib ki, “Əkinçi” qəzetinin dünyanın ayrı-ayrı ölkələrində də tanıdılmasına böyük ehtiyac var.
PJB sədri isə bildirib ki, Həsən bəy Zərdabi və onun yaratdığı “Əkinçi” qəzeti ilə bağlı dünyanın ayrı-ayrı ölkələrində müxtəlif şəklidə tədbirlər keçirəcəklər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO