Jurnalistlər Quba məzarlığına gediblər

Martın 31-də Parlament Jurnalistləri Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici və yerli KİV nümayəndələri Quba şəhərindəki soyqırım məzarlığını ziyarət edəcək. Bu barədə Modern.az–a Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan məlumat verib.
Onun sözlərinə görə, soyqırım məzarlığında düzənlənən tədbirdə Qubadakı azsaylı millətlərin nümayəndələri də iştirak edəcək. “1918-ci ildə ermənilər Qubada Azərbaycan türkləri, müsəlmanlarla yanaşı, digər millətlərin nümayəndələrini də qətlə yetiriblər. Odur ki, Qubadakı tədbirimizə yəhudi, tat və rus icmalarının nümayəndələrini də dəvət etmişik ki, onlar da Quba sakinləri kimi erməni vəhşilikləri barədə həqiqətləri mətbuat vasitəsilə bütün dünyaya çatdıra bilsinlər” – deyən Aqil Aslan onu da bildirib ki, Parlament Jurnalistləri Birliyi ermənilərin Azərbaycanda törətdikləri soyqırımları dünya ictimaiyyətinə çatdırmaq üçün bir sıra tədbirlər həyata keçirməkdədir. Hazırda təşkilatın təşəbbüsü ilə Türkiyədə azərbaycanlıların soyqırımı sərgisi açılıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO