Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə bir ay müddətinə jurnalistlərə pulsuz tibbi xidmət göstəriləcək.
Bu barədə Modern.az-a Jurnalist Qadınlar Assosiasiyasından məlumat verilib. Bildirilib ki, qurumun aksiyası çərçivəsində KİV nümayəndələrinin tibbi müayinəsi pulsuz təşkil olunacaq. Assosiasiyası bu lyihənin təfərrüatını sabah saat 12.00-da “Novosti-Azərbaycan”da keçirəcəyi mətbuat konfransında açıqlayacaq.
Modern.az