Jurnalistlər Nizami Cəfərovla görüşəcəklər

Modern.az saytı xəbər verir ki, sabah Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovla görüşəcəklər. Birliyin rəhbəri Elşad Eyvazlı bildirib ki, ötən həftə eyni məzmunlu görüşü parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə keçiriblər. O qeyd edib ki, bu cür görüşlər hər həftənin cümə günü baş tutacaq və jurnalistlər hər dəfə bir komitə rəhbəri ilə açıq şəkildə diskussiya edəcəklər:
“Burada məqsəd üçüncü çağırış Milli Məclisin beş illik fəaliyyətinə komitə rəhbərinin münasibətini öyrənmək, komitənin gördüyü işlər, hazırladığı sənədlər barədə geniş məlumat əldə etmək, digər məsələlər barədə geniş diskusiya aparmaq, jurnalistləri maraqlandıran suallara cavab almaqdır. Nəzərdə tutmuşuq ki, parlament seşkilərinə qədər bu prosesi başa çatdıraq”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO