Jurnalistlər üçün yeni müsabiqə – 7 qalibi Türkiyəyə səfər gözləyir

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun Türkiyənin Azərbaycandakı Səfirliyinin Kültür və Tanıtma Müşavirliyinin müşaviri Seyid Əhməd Arslanla MŞ-də aprelin 11-də baş tutan görüşündə tərəflər hər iki qurumun yaradıcılıq müsabiqəsi keçirməsi razılığına gəliblər. İki qardaş dövlət arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyinə həsr olunacaq bu müsabiqə “Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq” adlanır.

Münsiflər heyətinin qərarına əsasən ölkəmizin kütləvi informasiya vasitələrində bir ay (21 aprel – 21 may 2012-ci il) ərzində təqdim olunacaq ən yaxşı 7 mətbu materialın müəlliflərinin Türkiyənin müxtəlif görməli yerlərinə və tarixi bölgələrinə səfərləri təşkil olunacaq.
Bu barədə Şuradan Modern.az-a məlumat verilib.
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazı Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Yazılarda dil məhdudiyyəti nəzərdə tutulmur.
Yazıda “Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq” mövzusunda müsabiqəyə təqdim olunur” qeydi göstərilməlidir.

Müsabiqə üzrə 7 qalib müəyyənləşdiriləcək. Onların Türkiyənin müxtəlif görməli yerlərinə, tarixi bölgələrinə 5 gunluk səfərləri təşkil ediləcək, həmin səfərlər çərçivəsində onların türkiyəli həmkarları ilə yaradıcılıq mübadiləsi aparmalarına şərait yaradılacaq. Qaliblər həmçinin Azərbaycan Mətbuat Şurasının və Türkiyənin Azərbaycandakı Səfirliyinin diplomu ilə təltif olunacaqlar.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO