Jurnalistlər üçün yeni böyük müsabiqə élan olundu

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib Modern.az-ın məlumatına görə, iclasda aşağıdakı məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib:
1. Fondun 2010-cu il üçün həyata keçirdiyi tədbirlər və büdcədən ayrılmış vəsaitin xərclənməsi barədə hesabatın müzakirəsi; 2. 2011-ci il üçün Fondun Fəaliyyət proqramının müzakirəsi;
3. Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin mövzularının müzakirəsi.

Qurumun icraçı direktoru Vüqar Səfərli birinci məsələ ilə bağlı bildirib ki, 2010-cu ildə dövlət büdcəsindən Fonda 2.301.558 manat vəsait ayrılıb. O, ayrılmış vəsaitin büdcədə nəzərdə tutulan istiqamətlər üzrə sərf olunması barədə sənədləri MŞ üzvlərinin diqqətinə çatdırıb. Ayrılmış vəsaitdən ümumilikdə 4.876 manat xərclənməmiş qalıb ki, bu da dövlət büdcəsinə keçirilib.
Daha sonra Fondun 2011-ci il üçün fəaliyyət proqramının ilkin layihəsi iclas iştirakçılarıa təqdim olunub. 2011-ci il üçün tədbirlər planı layihəsinin yaxın günlərdə yenidən müzakirə edilməsi qərara alınıb.
Sonda Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin mövzuları müzakirə edilib. Vüqar Səfərli müsabiqənin maliyyələşmə imkanları barədə MŞ üzvlərinə məlumat verib. Fondun imkanlarını nəzərə alan MŞ üzvləri Novruz bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin 7 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul ediblər.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il Novruz bayramı münasibətilə élan etdiyi fərdi jurnalist yazılarının müsabiqəsi aşağıdakı istiqamətlərdə keçiriləcək:

Müsabiqədə hər mövzu üzrə 3 qalib müəyyən ediləcək, 2 qalib yeri respublika ərazisində
yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub. Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 25-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Yazılar və sənədlər Fonda 2011-ci il 8 fevral tarixindən 7 martadək təqdim edilə bilər. Nəticələr martın 20-dək elan ediləcək.
Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO