Jurnalistlər üçün təlim

Onlara müasir texnologiyalardan bəhrələnərək informasiyaların toplanması və araşdırma materiallarının yazılması öyrədiləcək

ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə Azərbaycanın bir qrup mətbuat nümayəndəsi üçün “Onlayn Araşdırma Jurnalistikası” mövzusunda təlim başlayıb. APA-nın məlumatına görə, rumıniyalı araşdırmaçı jurnalist Paul Radu məruzə ilə çıxış edib. P. Radu proses zamanı etik qaydalar, qarşıya çıxan maneələr haqqında danışaraq jurnalistin əqli məhsulunu satmasının prinsipləri haqqında fikirlərini söyləyib. O apardığı araşdırmalar haqqında da danışaraq praktikasından misallar çəkib.

Qeyd edək ki, sentyabrın 13-dən 17-dək davam edəcək təlim intensiv kurs sistemi üzrə keçiriləcək. Təlimdə jurnalistlərə müasir texnologiyalardan bəhrələnərək informasiyaların toplanması və araşdırma materiallarının yazılması öyrədiləcək. Təlim çərçivəsində uğurlu araşdırma layihələrindən nümunələr göstərilərək, media hesabatları – ümumi konsepsiya, risk faktorları və müsbət cəhətlər üzərində müzakirələr aparılacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO