Jurnalistlər üçün təlim keçiriləcək

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi iqtisadi-sosial mövzuları araşdıran jurnalistlərin bilik və bacarıqlarının artırılması üçün “Neft gəlirlərinin davamlı inkişafda rolu və iqtisadiyyatın diversifikasiyası” mövzusunda 2 günlük təlim-seminar təşkil edir. Mərkəzdən “OLAYLAR”-a verilən məlumata görə, tədbirə yazılı və elektron media təmsilçiləri, habelə müstəqil jurnalistlər qatıla bilər. Təlim-seminarda neft gəlirləri dövründə hökumətin davranışlarının dəyərləndirilməsi, neft gəlirlərinin davamlı inkişaf üçün istifadə edilməsi, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən siyasət və onun nəticələrinin qiymətləndirilməsi ilə bağlı jurnalist araşdırmalarının aparılması üsulları təqdim ediləcək. Təlim-seminar xüsusi modullar əsasında yerli mütəxəssislər tərəfindən aparılacaq. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun və ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun dəstəyi ilə həyata keçirilən təlimlər 26-27 yanvar tarixində baş tutacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO