Jurnalistlər üçün tikilməsi nəzərdə tutulan binanın təməlqoyma mərasimi keçiriləcək

Yaxın günlərdə Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilməsi nəzərdə tutulan binanın təməlqoyma mərasimi keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun sədri Vüqar Səfərli məlumat verib. O bildirib ki, yaxın iki ildə bina inşa olunub jurnalistlərə təhvil veriləcək. V.Səfərli mənzillərin paylanması məsələsilə bağlı jurnalistlərdən ibarət komissiya yaradılacağını açıqlayıb: “Belə təkliflər var ki, mənzil almalı olan jurnalistlərin siyahısını bizə redaksiyalar təqdim etsin. Biz bununla razılaşmırıq və hesab edirik ki, hər bir jurnalist özü fonda ərizə ilə müraciət etməlidir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO