Jurnalistlər üçün tikiləcək evin layihəsi təsdiqləndi

Jurnalistlər üçün tikiləcək binanın layihəsi artıq təsdiqlənib.

Bunu “Media forum” saytına KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Evlərin Bakıda, Bibiheybət məscidi yaxınlığında tikilməsi planlaşdırılır. Vüqar Səfərli bildirib ki, layihə sərəncam verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib: “Uzağı həftə sonuna layihələrin eskizlərini saytımızda yerləşdirəcəyik”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO