Jurnalistlər üçün müstəqilliklə bağlı müsabiqə elan olundu

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə Parlament Jurnalistləri Birliyi Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibəti ilə jurnalistlər üçün yazı müsabiqəsi élan edib.

Bu barədə Modern.az-a açıqlama verən Milli Şuranın sədri, millət vəkili Fuad Muradov bildirib: “Burada əsas məqsəd Azərbaycanın müstəqillik tarixini, müstəqilliyimizin oturuşmasında umumilli lider Heydər Əliyevin rolunu bir daha geniş oxucu kütləsi ilə bölüşməkdir”.

Qeyd edək ki, müsabiqənin şərtlərinə görə daha çox gənc yazarlara üstünlük veriləcək. Qalib jurnalistlərə pul mükafatı və həvəsləndirici mükafatlar veriləcək.
Birinci yer üçün 400 manat, ikinci yer üçün 300 manat, üçüncü yer üçün 200 manat pul mükafatı nəzərdə tutulub.

Həvəsləndirici beş yeri tutanlara isə diktafon, fotoaparat veriləcək.

Müsabiqə bu il aprelin 1-dən avqustun 31-dək müddətdı keçiriləcək. Yazı qəzetlərdə, internet portalarında, jurnallarda dərc edilməlidir. Yazıda müsabiqəyə istinad mütləqdir. Müsabiqə aşağıdakı istiqamətlər üzrə müəyyənləşdirilib:

– Müstəqil Azərbaycanın dövlətçilik tarixi;

– Azərbaycan gənclərinin müstəqilliyimizin qazanılması və qorunmasında rolu;

– Ümumilli lider Heydər Əliyev və dövlətçilik ənənələri.

Sentyabr ayının ikinci ongünlüyündə müsabiqənin nəticələrinin açıqlanması planlaşdırılır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO