Jurnalistlər üçün daha bir yazı müsabiqəsi keçirilir

ABA CEELI (Amerika Hüquqşunaslar Assosiasiyası) və Media Hüququ İnstitutu jurnalistlər arasında yazı müsabiqəsi elan edib.

Modern.az xəbər verir ki, müsabiqənin mövzusu defamasiyadır (böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvi).

Müsabiqə tələbə – jurnalistlər üçün nəzərdə tutulur. Müsabiqəyə qəzet, jurnal və internet mediada yayılan məqalələr təqdim oluna bilər. Müsabiqəyə təqdim olunan yazılar aşağıdakı parametrlərin işığında qiymətləndiriləcək:

– Mövzunun konkret insandan, olaylardan keçirilməsi;

– Müəllifin mövzuya bələd olub-olmaması;

– mövzunun aktuallığının əsaslandırılması;

– adi vətəndaş üçün mövzunun faydasının açıqlanması;

– yazının hüquqi biliklərin yayılması baxımından önəmliliyi;

– oxucu marağını tatmin etməyə yönəlik üsullar (maraqlı, diqqətçəkən sərlövhə, yarımsərlövhələr, haşiyələr və s.)

– yazının sadəliyi, maraqlı üslubu, jurnalist yaradıcılığı baxımından orijinallığı;

– ekspertlərdən yararlanma dərəcəsi;

– müxtəlif düşüncələrin balanslaşdırılması;

Ekspertlərin qiymətləndirməsi zamanı iddialı yazıların nəticə balları bərabər olarsa, daha erkən yayılmış yazıya üstünlük veriləcək. İddialı yazılar eyni tarixdə yayılıbsa, müsabiqəyə daha tez təqdim olunmuş yazıya üstünlük veriləcək.

Müsabiqənin yekununda 1, 2 və 3-cü olmuş yazı müəllifləri mükafatlandırılacaq. Mükafat fondu 500 AZN (1-ci yer), 400 AZN (2-ci yer), 300 AZN (3-cü yer) təşkil edir.

20 aprel 2012 – 31 may 2012 – ci il tarixləri aralığında yayılmış yazılar 02 iyun 2012-ci il tarixədək təşkilatçılara təqdim olunmalıdır. Müsabiqənin nəticələri iyun ayının 15-dək açıqlanacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO