Jurnalistlər iki həbsxanada səsverməni müşahidə etdilər

KİV nümayəndələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 və 9 saylı Cəzaçəkmə müəssisələrində (CM) səsvermə prosesini müşahidə ediblər. APA-nın əməkdaşı xəbər verir ki, 2 saylı CM-də 14 saylı Xəzər II Seçki Dairəsinin 33 saylı məntəqəsi yerləşir. Bu məntəqədə 1050 seçici qeydiyyatdadır.

Onlardan 973-ü məhkum, 77-si isə ƏN-in əsgəridir. Məntəqə Seçki Komissiyasının sədri Maqsud Heydərov bildirib ki, saat 11-dək seçicilərin 450 nəfəri səs verib, səsvermə normal şəraitdə davam edib. Məntəqədə yerli müşahidəçi olmayıb. MDB Müşahidə Missiyasının üzvləri isə burada səsvermənin gedişini müşahidə edib.

9 saylı CM-də isə 350 seçici qeydiyyatdadır. Bunlardan 250 nəfəri məhkum, 100 nəfəri isə ƏN-in əsgəridir. Bu barədə APA-nın əməkdaşına 14 saylı Xəzər 2-ci Seçki Dairəsinin CM-də yerləşən 34 saylı seçki məntəqəsinin sədri Arif Vəliyev məlumat verib. Onun sözlərinə görə, saat 10:30-dək seçicilərin 95 faizi səsvermədə iştirak edib. Məntəqədə seçkini 1 yerli müşahidəçi və MDB Müşahidə Missiyasının 2 nümayəndəsi – Andrey Knorr və Tofiq Əzimov izləyib. A.Knorr bildirib ki, məntəqədə səsvermə yüksək səviyyədə təşkil olunub: “Azərbaycanda gedən iqtisadi inkişaf seçkinin təşkilində də özünü göstərib”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO