Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi Azərbaycan Media Mərkəzində “Yaxın Şərq projesi və prokollar nə vəd edir” mövzusunda dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, birliyin sədri Firuzə Əsədullayeva bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətin əsas məlumatlandırıcı qüvvəsi olan jurnalistlərin münasibətini ortaya qoymaqdır.
Tədbirdə çıxış edən birliyin sədr müavini, tanınmış jurnalist Tofiq Türkel Türkiyənin attıdığı son addımlarını şərh edərkən deyib ki, Türkiyə bu addımları öz başına etmir və bu böyük güclərin regionda başladığı böyük projeləri ilə bağlıdır.
Tədbirdə iştirak edən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu deyib ki, Türkiyə ilə münasibətlərin korlanmasına yol verilməməlidir: “Azərbaycanın dünyada güvəndiyi təkcə Türkiyədir. Bu gün biz Türkiyəni itirsək, güvəncimiz itəcək, Azərbaycan təklənəcək. Məsələ bayraqda deyil. Problemin kökü Azərbaycanın Türkiyədən ayrılmasıdır. Bu məsələdə Amerika da Ermənistan tərəfindədir”.
Türkiyənin Azərbaycandakı səfirinin mətbuat attaşesi Bülənt Uğur deyib ki, Azərbaycanla Türkiyənin arasına kimsə girə bilməz Onun sözlərinə görə, hər iki ölkənin ictimaiyyəti xalqlar arasında gərginiyin yaşanmasına imkan verməməlidir.
Son 5 ayda iki qardaş ölkə arasında münasibətlərin soyuduğunu etiraf edən attaşe son zamanlar azərbaycan vətəndaşlarını ən çox “sınırları niyə açdınız?” və “bayrağı niyə zibilliyə atdınız” sualları maraqlandığını deyib.
Sonda “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi Azərbaycan və Türkiyə ictimaiyyətinə müraciəti ünvanlanıb. Müraciətdə iki dövlət arsında dövlət bayaraqlarına münasibətdə baş verənlərin birlik üzvlərini çox narahat etdiyi vurğulanır və iki ölkə arasında strateji müttəfiqlik münasibərinin qorunub saxlanacağına ümid ifadə olunur: “Biz inanırıq ki, Türkiyə rəhbərliyi vəd etdiyi kimi, Azərbaycanın maraqlarına zidd addım atmayacaq. Biz hesab edirik ki, Türkiyə ilə Azərbaycan bir-birinə bu günkü qədər ehtiyac duymayıb”.
SIA.AZ