Jurnalistin qətli ilə bağlı rəsmi açıqlama verildi

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğ Xəzər rayonundakı qətl hadisəsi ilə bağlı birgə məlumat yayıblar. Baş Prakurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, noyabrın 11-də saat 07 radələrində Mənsimov Mənsim Kərim oğlu yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evində ailə münasibətləri zəminində arvadı Zenfira Mənsimovanın və qızı Sevinc Mənsimlinin baş nahiyyələrinə balta ilə zərbələr endirərək hər ikisini qəsdən öldürüb.

Bundan sonra M.Mənsimov otaqda divara vurulan dəmir parçasına bərkitdiyi kəndirdən özünü asaraq intihar edib.

Bakı şəhər prokurorluğu, rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitlərə baxış keçirilib iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Fakta görə həmin tarixdə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO