Jurnalistin media təşkilatına qarşı iddiasına noyabrın 26-dan baxılacaq

Noyabrın 16-sı Nəsimi Rayon Məhkəməsində “Azadlıq” qəzetinin müxbiri Arzu Abdullanın “Media açarı” müsabiqəsinin təsisçilərindən olan “Yeni Nəsil” Jurnalistlər Birliyinə qarşı iddiasına baxılıb. Hazırlıq iclasında məhkəmə prosesi noyabrın 26-na təyin olunub.

Bu il “Media açarı” müsabiqəsinə qatılaraq fərqləndirici mükafat alan jurnalist ona əvvəlcədən elan olunmuş 200 manat əvəzində 85 manat verilməsindən narazı qalaraq məhkəməyə üz tutub. O, “Yeni Nəsil” Jurnalistlər Birliyinin hərəkətinin qanunsuz hesab edilməsini, fərqləndirici mükafata layiq görüldüyü üçün ayrılmış 200 manatın tam həcmdə ödənilməsini, həmçinin dəymiş mənəvi zərərə görə mükafatın təsisçisi “Yeni Nəsil” Jurnalistlər Birliyinin 10 min manat ödəməsini tələb edir.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO