Jurnalistikaya aid kitabların təqdimatı olub

Dekabrın 4-də Azərbaycan Media Mərkəzində “Mediada debatlar” və “İctimai yayım monitorinq aynasında” kitablarının təqdimatı keçirilib.

Müəllifi Qulu Məhərrəmli, Zeynal Məmmədli və Arif Əliyev olan “Mediada debatlar” kitabında debatın mahiyyəti, forma və növləri, prinsiplərindən bəhs olunur, qəzet, radio, televiziya və internetdə debatın hazırlanıb auditoriyaya çatdırılmasının özəlliklərinə toxunulur. Kitab 6 fəsil, 122 səhifədə və 1000 nüsxədə çap edilib.

“İctimai yayım monitorinq aynasında” kitabı isə İctimai TV-də xəbər və xəbərdən törəmə proqramların monitorinqi əsasında hazırlanıb. Kitabda teleyayımın bu növünü müəyyən edən informasiya proqramlarının səciyyəsi, xəbərlərə verilən əsas tələblər, bu tələblərin gerçəkləşdirilməsi kimi məsələlərdən bəhs edilir. Kitab televiziya mütəxəssisləri, ictimai yayım sahəsində çalışanlar, xəbər menecmentləri, redaktor, prodüserlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, habelə jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO