Jurnalistika fakültəsinin tələbələri xəbərləri haradan izləyirlər?

Texniki inkişaf müasir insanın müxtəlif vasitələrlə xəbər əldə etməsinə imkan yaradır. Qəzet, televiziya, internet və s. Bu məsələdə ən böyük resurslardandır.

Görəsən gənclərimiz bu vasitələrdən hansına üstünlük verirlər. Suallarımıza Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri cavab verirlər.
Arzu Məmmədova: ”Gündəlik xəbərləri əsasən internet saytlarından oxuyuram.”Azadlıq”,”Yeni Müsavat” qəzetlərinin elekton variantından istifadə edirəm. Ancaq üstünlüyü Türkiyə saytlarına (habertürk.com, gazeteciler.com, radikal, hürriyet, ayaklıgazete.com) verirəm”.

Nail Mehdi: ”Gündəlik xəbərləri çox vaxt internet saytlarından oxuyuram. Lent.az, apa.az, azxəbər.com kimi saytlardan istifadə edirəm. İnternetə xəbərlər daha ətraflı olduğu üçün üstünlük verirəm. Ancaq televiziyadan da öyrənirəm, xüsusilə axşam vaxtları”.

Samir Ağayev: ”Əsasən internet saytlarından (modern.az, apa.az, trend.az, azertac, lent.az) istifadə edirəm, səhər vaxtları isə radio dinləyirəm. Azərbaycan haqqında olan və ya xarici ölkələr üçün olan xəbərləri onların xəbər saytlarından götürürəm. Radioya gəldikdə isə çox vaxt sərf etmirəm. Daha çox harasa getdiyim zaman yolda dinləyirəm. İnternet saytlarına üstünlük verməyimin səbəbi xəbərləri daha asan yolla əldə etmək olur, qəzetdə isə yazılar o qədər poetik yazılır ki, insanda romantik hisləri öldürür”.

Nigar Həsənli: ”Əsasən internet saytlarından (apa.az, modern.az, lent.az, anspress) istifadə edirəm. Ancaq bəzən “Şərq”,”Olaylar” kimi qəzetlərdən də istifadə edirəm. İnternetə üstünlük verməyimin səbəbi daha operativ olması, informasiya əldə etməyin daha asan olmasıdır”.

Leyla Məhərrəmova: ”Daha çox internet saytlarından (anspress, modern.az, azxəbər.com, salam news) istifadə edirəm.Qəzetdən də çox istifadə etmirəm. İnternetdən daha çox istifadə etməyimin səbəbi həm daha operativ və sərfəli olması, həm də qəzetdə günün sonunadək xəbərlərin verilməməsidir”.

Raqib Məmmədov:”İnternet saytlarından, daha çox idmanla bağlı olan saytlardan, məsələn live, spor.com, modern.az və.s istifadə edirəm. Qəzetə isə bəzən baxıram. İnternet daha operativ olduğu üçün ona üstünlük verirəm”.

Sevda Sadiqova:”İnternet saytlarından (anspress, apa.az, trend.az) istifadə edirəm.Qəzetdən istifadə etməyi sevmirəm.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO