Jurnalist yol qəzasında ölüb

Gənc jurnalist Murad İsmayılzadə yol qəzası nəticəsində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 22.00 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində, Sumqayıt şəhər sakini İsmayıl İsmayılov “KİA” markalı avtomaşını idarə edərkən yolu keçən Bakı şəhər sakini Murad İsmayılzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Qeyd edək Murad İsmayılzadə “Səs” qəzetinin əməkdaşıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO