Jurnalist Əvəz Zeynallının məhkəmə prosesi keçirilib

Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə“Xural” qəzetinin baş redaktoru, jurnalist Əvəz Zeynallının şikayətinə baxılıb.

SalamNews-un məlumatına görə, prosesdə Əvəz Zeynallı və onun ətrafında olan şəxslərin telefon danışıqlarının dinlənilməsi haqqında qərar qüvvədə saxlanılıb. Şikayət Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2011-ci il qərarından verilib.

Xatırladaq ki, oktyabrın 28-də Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO