Jurnalist təşkilatı 500 nəfər arasında keçirdiyi sorğunun nəticələrini aşıqlayıb

“Ruh” Jurnalistləri Müdafiə Komitəsi “Diffamasiya haqqında qanunun qəbulunda ictimai təşəbbüslərin rolu” layihəsi üzrə nazirliklər, dövlət qurumları, idarə, müəssisə və təşkilatlar arasında keçirilmiş sorğunun nəticələrinə açıqlayıb. Anonim sorğuda müxtəlif qurumlardan 500-dək respondentin iştirakı təmin olunub.

Müsahibəli formada keçirilən sorğuda rəyi soruşulanlara 4 sual ünvanlanıb və onlara mövzu ətrafında əlavə fikir bildirmək imkanı yaradılıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində jurnalistin yazdığı yazıya görə azadlıqdan məhrum edilməsini nəzərdə tutan maddələrin mövcudluğuna münasibətiniz necədir?

a) Müsbət – 67%;

b) Mənfi – 17%;

c) Deyə bilmərəm – 16%.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində jurnalistin yazdığı yazıya görə cəzalandırılması ilə bağlı nəzərdə tutulan tədbirlərlə razısınızmı?

a) Razıyam -37%;

b) Sərtləşdirilməlidir – 31%;

c) Yumşaldılmalıdır – 13%;

d) Deyə bilmərəm – 19%.

KİV-də barənizdə gedən böhtana, təhqirə qarşı hansı tədbirləri görərdiniz?

a) Məhkəməyə müraciət edərdim – 32%;

b) Azərbaycan Mətbuat Şurasına müraciət edərdim – 31%;

c) Redaksiya və müəlliflə əlaqə yaradıb məsələyə aydınlıq gətirilməsinə çalışardım – 15%;

d) Özüm cəzalandırardım – 0%;

e) Əhəmiyyət verməzdim – 22%.

KİV-də barənizdə gedən təhqir və böhtana görə məhkəməyə müraciət etsəydiniz, nə tələb edərdiniz?

a) Müəllifin azadlıqdan məhrum edilməsini – 23%;

b) KİV-in fəaliyyətinin müvəqqəti dayandırılmasını – 21%;

c) Müəllifin və KİV-in cərimələnməsini – 20%;

d) Təkzib və üzrxahlıq mətninin dərcini – 12%;

e) KİV-in fəaliyyətinin tamamilə dayandırılmasını – 24%;

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO