“Jurnalist tədris mərkəzinin yaradılması və fəaliyyətinin təşkili” layihəsinə start verildi

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi “Jurnalist tədris mərkəzinin yaradılması və fəaliyyətinin təşkili” layihəsinə start verib.

Bu barədə Lent.az-a Komitədən bildirilib.

Azərbaycan Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırılan layihədə məqsəd jurnalist peşəkarlığının artırılmasına dəstək göstərilməsindən, bunun üçün xüsusi tədris proqramı əsasında fəaliyyət göstərəcək ayrıca mərkəzin formalaşdırılmasından, medianın nəzəri və praktik istiqamətlərinə dair kursların təşkilindən ibarətdir.

Həmçinin, ölkə KİV təmsilçilərinin media peşəkarlığının beynəlxalq müstəvidə təsadüf edilən norma və tələbləri ilə yaxından tanış etmək, onların müxtəlif sahələr üzrə ixtisaslaşmalarını həyata keçirmək, peşə prinsiplərinin pozulmasında müşahidə edilən neqativ halların aradan qaldırılmasına effektiv təsir göstərmək nəzərdə tutulur.

Bu ilin aprel-iyul ayları ərzində reallaşdırılacaq layihə çərçivəsində ümumilikdə 10 mövzu ətrafında kurslar təşkil olunacaq. Kursların təşkilinə may ayından start veriləcək. Layihənin ilk ayında isə kursların təşkilinin texniki və təşkilati məsələlərinin həllini tapması planlaşdırılır.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO