Jurnalist qətlə yetirilib

Somalinin “Radio Moqadişu” radiostansiyasında çalışan jurnalist Şeyx Nur Məhəmməd Abkey paytaxt Moqadişoda silahlı şəxslər tərəfindən qətlə yetirilib. Modern.az-a bu barədə məlumatı Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu verib. Onun sözlərinə görə, Abkey səhər Moqadişodaki Bakara bazarına gedərkən silahlı şəxslər tərəfindən oğurlanıb. Jurnalisti oğurlayan şəxslər “Radio Moqadişu”nun baş redaktoru Məhəmməd Olad Hassana zəng edib Abkeyin onların əlində olduğunu və onu öldürməyi planlaşdırdıqlarını deyiblər. Günəşin batması ərəfəsində redaktora zəng edib jurnalistin öldürüldüyünü bildiriblər.
Bununla bağlı Somali Jurnalistlərinin Milli İttifaqının bəyanatı yayılıb. Bəyanatda 52 yaşlı Abkeyin dövlətin nəzarətində olan və “Əl Şəbəb” və “Hizbul İslam” qiyamçı qruplarını kəskin tənqid edən “Radio Moqadişu”da işlədiyinə görə islamçı qiyamçılar tərəfindən qətlə yetirilməsinin güman olunduğu bildirilir.

Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru Devid Dədc deyib: “Biz Şeyx Nur Məhəmməd Abkeyin qəddarcasına qətlə yetirilməsini pisləyirik. Bu qətl ilk növbədə insan həyatının, eyni zamanda isə təcrübəli jurnalistlərə indi daha çox ehtiyacı olan ölkədə təcrübəli bir jurnalistin vəhşicəsinə məhv edilməsidir.

BMİ bu konfliktdə bütün tərəfləri bütün kütləvi informasiya vasitələrindən olan jurnalistlərə hücum etməyi və onları qətlə yetirməyi dayandırmağa və sülhün yaradılmasında onların işinin əhəmiyyətinə hörmət etməyə çağırır”.
Qeyd edək ki, Abkey bu il Somalidə qətlə yetirilən ilk jurnalistdir. Keçən il isə müharibədən əziyyət çəkən bu Qərbi Afrika ölkəsində 9 jurnalist qətlə yetirilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO