Jurnalist-publisist Nəzirməmməd Zöhrablının yeni kitabı çap olunub

Modern.az xəbər verir ki, jurnalist-publisist Nəzirməmməd Zöhrablının “Hər yarpaq bir sözümüz” adlanan kitabı “Qanun” Nəşrlər Evində işıq üzü görüb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda oxucular müəllifin çağdaş Azərbaycan poeziyasının aparıcı simala­rından olan şair Musa Yaqubun iri həcmli əsərləri – milli-mənəvi, əxlaqi və bəşəri dəyərlərə işıq tutan poemaları barədə geniş şərhləri, düşüncələri ilə tanış ola biləcəklər. Üç bölümdən ibarət kitabda həmçinin ictimai-siyasi məzmunlu publisistik yazılar, kiçik həcmli hekayələr də işıq üzü görüb. Yazılarda müasir Azərbaycan mediasına ekspert münasibəti, Qara­bağ həqiqətlərini əks etdirən ideoloji-vətənpərvərlik ruh­lu mübarizəmizin inikası, eləcə də görkəmli ictimai xadimlərin, əsl söz və sənət fədailərinin xalqımız qarşısında xidmətlərinin dəyərləndirilməsi öz əksini tapıb.
“Hər yarpaq bir sözümüz” jurnalist-publisist Nəzirməmməd Zöhrablının müəllif kimi ikinci, həmmüəllif kimi beşinci kitabıdır. 500 nüsxə ilə çap olunan kitabın redaktoru istedadlı gənc yazar Zaur Qəriboğlu, korrektorları Sevinc İbrahimqızı və Gülbahar Qurbanovadır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO