Dünən Rusiyanın baş naziri Vladimir Putin hökumətin rəyasət heyətinin iclasını bir dəqiqəlik sükutla başladı: “Təəssüf ki, bu gün işi qəmli xəbərlə başlamalı oluruq. Bu gün birinci kanalın əməkdaşı Aleksey Aleksandroviç Koçetkov elə indicə, iş başında dünyasını dəyişdi”.
İnterfaksın verdiyi xəbərdə deyilir ki, operator Aleksey Koçetkov rəyasət heyətinin iclası başlamazdan saat yarım əvvəl özünü pis hiss etmiş, kömək üçün mətbuat xidmətinin əməkdaşlarına müraciət etməyə macal tapmış və huşunu itirmişdir. Təcili yardım üçün çağırılanlar əllərindən gələni etsələr də, bu artıq kömək etməmişdir.