Jurnalist Aydın Canıyevi polis saxladı

Onun barəsində pis xəbərlər yayıldı

“Xural” qəzetinin cənub bölgə müxbiri Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Simsar.az-a bölgə müxbirinə polis şöbəsinin növbətçi hissəsindən məlumat verilib.

Bildirilib ki, qəzetin cənub bürosunun müxbiri Aydın Caniyev ötən gün sərxoş vəziyyətdə rayonun Səpnəkəran kənd məscidinə gələrək məscidin icmasının rəhbəri Seyidmirbaba Tahirovdan haqsız olaraq pul tələb edib. İcma rəhbəri bundan imtina etdikdə, o, məscidin pencərələrin qırıb və dindarları təhqir edib.

Məscidin icmasının rəhbəri bildirib ki, bu kimi hal dəfələrlə təkrar olub. Hazırda “Xural” qəzetinin bölgə müxbiri Aydın Caniyev polis şöbəsində saxlanılır.

A.Caniyev bir neçə mətbuatda Lənkəran və atraf rayonlar haqqında təhqiramiz məqalələr yazıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO