Jurnalist Arif Əliyevlə fotosöhbət

Arif Aslan oğlu Əliyev 31 avqust 1960-cı ildə anadan olub.

1983 – cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub, təhsil aldığı illərdə “Azərinform”un xüsusi müxbiri kimi çalışıb.

Müxtəlif vaxtlarda “Azərbaycan gəncləri”, “Azadlıq” qəzetlərində, “Turan” agentliyində işləyib, “Xəzər” jurnalının baş redaktoru və “Gün Səhər” qəzetinin təsisçisi olub.

1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi işləyib.

1995-ci ildən “Yeni Nəsil” Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Ölkədə nüfuzlu “Media açarı” Jurnalist mükafatının təsisçilərindən biridir. Bakı Mətbuat Klubu və Azərbaycanın Mətbuat Şurasının yaradılması üzrə layihənin müəllifidir.

Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib.

Qəzet və jurnallarda 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır.

Evlidir, 2 övladı var.

Modern

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO