Ötən ilin oktaybrında “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərlinin idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində “Milli Yol” qəzetinin baş redaktoru Şahin Ağabəyli dünyasını dəyişib.
Hadisə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə araşdırılır. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Vaqif Nəcəfov bildirib ki, qəza avtomobili idarə edən Aqil Ələsgərlinin səhvindən baş verib: “Amma hadisə zamanı Aqil Ələsgərli də ağır xəsarət aldığına görə, ekspertiza onun məhkəmə qarşısına çıxmaq imkanı olmadığını göstərib”.