Jurnalist ailələrinə yardım edilib

Jurnalist ailələrinə yardım edilibSöz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu həbsdə olan jurnalistlərin ailə üzvlərinə maliyyə yardımı verib. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin ailəsinə 3 min, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 3 min, “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun (dekabrın 26-da azadlığa buraxılıb) ailəsinə min ABŞ dolları məbləğində yardım göstərilib. Bloqçular Emin Milli və Adnan Hacızadənin ailələrinə min ABŞ dolları verilib.

Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO